Prokuror Cabbar Savalanlıya 3 il həbs istədi

img

03-05-2011 [08:05]


Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində davam edən prosesdə dövlət ittihamçısı hakimdən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlıya üç il azadlıqdan məhrum etmə cəzası istəyib. Bu barədə AzadlıqRadiosuna Cabbar Savalanlının vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə ittiham edilir. Və prokurorun istədiyi həmin maddənin sanksiyasında ən ağır cəza sayılır. Halbu ki, bu işdə nəzərə alına biləcək kifayət qədər yüngülləşdirici hallar var idi: ?Ekspert məhkəmədə heç bir elimi və tibbi rəyə əsaslanmayaraq Cabbarın narkotikdən istifadə edə biləcəyi barədə şəxsi mülahizə söylədi. Müstəntiq isə narkotikin mənbəyinin müəyyən olunması istiqamətində heç bir əməliyyat istintaq tədbirinin aparılmadığını faktiki olaraq etiraf eti. Məhkəmə Müsavat başqanı İsa Qəmbərin, eləcə də bəzi hüquq müdafiəçilərinin Cabbar Savalanlını şəxsi zaminə götürmələri barədə verilmiş vəsadəti rədd etdi?. Anar Qasımlı deyir ki, proses mayın 4-ü-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA