Bakıda ər arvadının bazını kəsdi

img

29-04-2011 [03:36]


Bu gün saat 12 radələrində Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün günün birinci yarısında Sahil qəsəbəsində baş verib. Binə qəsəbəsi, Südçülük savxozu adlanan ərazidə yaşayan Vahid Nəbi oğlu Məmmədov Sahil qəsəbəsi Zahiq Qasımov küçəsi 46/3 ünvanında yaşayan baldızıgilə gələrək orada olan arvadı Yazgül Əhməd qızı Məmmədova ilə mübahisə etməyə başlayıb. Nəticədə əsəblərinə hakim ola bilməyən ər bıcaqla arvadının başını kəsib. Yaralı elə hadisə yerindəcə keçinib(anspress). Hadisə yerinə rayon Polis İdarəsinin və Prokurorluğun əməkdaşları yollanaraq araşdırmalara başlayıblar. Yaradılan əməliyyat qrupu V.Məmmədovun tutulması istiqamətində axtarışa başlayıb. İlkin məlumata görə, hadisə ailə daxilində baş verən münaqişə nəticəsində törədilib. Təfərrüatlar hələlik bilinmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA