?VAZ-2107? markalı avtomazın yoldan çıxaraq qəza törədib

img

29-04-2011 [10:37]


Ötən gecə Azadlıq prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Qəza nəticəsində Bağırov Anar Tofiq oğlunun idarə etdiyi ?VAZ-2107? markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq qəza törədib. Belə ki, Bağırov Anarın idarə etdiyi ?Jiquli? yolun kənarında hərəkətsiz dayanan ?Wolksvagen?ə, bu avtomobil isə öz növbəsində ?BMW?yə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, ümumilikdə üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisədən ən çox ziyan görən ?Jiquli? olub. Nəsimi rayon DYPŞ-nin müfəttişləri yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verdiyini araşdırmaqla yanaşı, sürücülərin ifadəsini də alıb. Təyin ediləcək müvafiq ekspertizalardan sonra yol qəzasının səbəbkarı olan ?Jiquli?nin hansı səbəbdən yoldan çıxmasına da aydınlıq gətiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA