Milli Ordunun giziri narkoman çıxdı

img

27-04-2011 [01:39]


Aprelin 27-də saat 02.10 radələrində, Yardımlı rayonunun Sırıq kəndi ərazisində Şəki Şəhər-Rayon Polis Şöbəsi Sarıcalı Polis Bölməsinin məsul növbətçisi, polis kapitanı İlham Əhmədovun idarə etdiyi "VAZ-21074" markalı, AZ 10-OE-704 dövlət nömrə nişanlı avtomaşın Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, avtomaşında sərnişin qismində gedən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri Əlibaba Nasir oğlu Vəlupurdan 710 qram heroin götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA