Gəncədə 25 yazlı qız qətlə yetirildi

img

25-04-2011 [10:30]


Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, Gəncə sakini 26 yaşlı Nuranə Verdiyeva yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Mərhumun üzərində zorakılıq əlamətləri olan meyiti aprerlin 24-də Ağamirzə Əhmədov küçəsində yerləşən mənzildə aşkarlanıb. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitin ilkin müayinəsi göstərib ki, N.Verdiyeva hadisədən bir gün əvvəl qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA