Penitensiar Xidmətə Nəzarət üzrə ictimai Komitə cəzaçəkmə müəssisədərində monitorinq keçiriblər

img

22-04-2011 [06:32]


Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvü Nazir Quliyev Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində, Komitə üzvləri Elmari Məmişov və Zaur Seyidzadə isə Uşaq Tərbiyə Müəssisəsində monitorinq keçiriblər. Monitorinqlər zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu həyata keçirilib. 2 saylı Cəzaçəkmə müəssisəsində 16 məhkuma hüquqi yardım göstərilib, kitabxana fonduna isə 120-dən çox kitab hədiyyə edilib. Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA