Sumqayıtda balıqçı qayığı batdı: dörd nəfər suda boğulub

img

21-04-2011 [03:31]


Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı qayığı batıb. ANS-in hadisə yerində olan müxbirinin məlumatına görə, 4 balıqçı dünən şər qarışan vaxtı Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən dənizə çıxıb. Xeyli vaxtdan sonra balıqçıların gəlməməsindən narahat olan ailə üzvləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Ərazidə dərhal axtarışlara başlanılıb. Nəticədə bu gün günorta saatlarında qayıqda olan 4 nəfərdən ikisinin meyiti sudan çıxarılıb. Bunlar 22 yaşlı Bəylər Mövlanverdi oğlu Hətəmov və 31 yaşlı Pavel Vasilyeviçdir. Onların meyiti qayığın batdığı yerdən xeyli uzaqda, dəniz sularının Corat qəsəbəsinə aid hissəsindən çıxarılıb. Meyitlərin küləyin təsiri nəticəsində uzağa getdiyi bildirilir. Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA