Azərbaycan, Rusiya və Ermənistanın XiN rəhbərlərinin görüzü olacaq

img

21-04-2011 [12:26]


Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşünün keçiriləcəyi yer və vaxtı açıqlanıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş sabah Rusiyanın paytaxtı Moskvada keçiriləcək. E.Məmmədyarov bu məqsədlə sabah səhər Rusiyaya yola düşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda jurnalistlərə verdiyi açıqlamasında xarici işlər nazirlərinin aprelin sonlarında, Azərbaycan və Ermənistan prezidentlərinin isə yay aylarında görüşəcəklərini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA