Hidayət Orucov Abdullah Güllə görüzüb

img

20-04-2011 [03:52]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyənin diyanət işləri başqanı Mehmet Görmezlə görüşüb. Bu barədə komitənin mətbuat xidməti xəbər verib. Görüşdə idarələrarası əməkdaşlığın möhkəmləndirilməsinin zəruri olduğu bəyan edilib. Dövlət komitəsi sədrinin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşdə tərəflər ümummmilli-mənəvi dəyərlərin kənar təsirlərdən müdafiəsi məsələlərini, regionda dini sabitliyi müzakirə edib, iki ölkədə vicdan azadlığının təmin edilməsi haqqında fikir mübadiləsi aparıblar. Dövlət komitəsinin sədri həmçinin Türkiyə prezidenti Abdullah Güllə görüşüb, görüşdə böyüməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi məsələləri müzakirə olunub. Tərəflər regionda dini sabitliyin möhkəmləndirilməsi imkanları haqqında fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin inkişaf dinamikasını qeyd edərək ölkələr arasında qarşılıqlı etimadın daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. H.Orucov Türkiyəyə rəsmi səfəri zamanı həmçinin respublikanın bir sıra rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA