Avropa Birliyi Azərbaycandakı hadisələrdən narahatdır

img

19-04-2011 [02:17]


Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığı ilə bağlı son hadisələrdən narahatlığını ifadə edib. Aprelin 18-də yayılan bəyanatda komissar Ştefan Füle İctimai Palatanın 17 aprel aksiyasına toxunub: ?Dinc nümayişə cavab olaraq hökumət daha bir neçə nəfəri həbs edib. Bəzi etirazçılar inzibati məsuliyyətə cəlb edilib, o cümlədən təşkilatçılara qarşı cinayət işi açılıb. Bu hadisələr jurnalistlər, gənclər və siyasi fəallar, o cümlədən insan haqları məsələləri ilə məşğul olan beynəlxalq QHT-ə artan təzyiq kontekstində baş verib?. Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycan rəsmilərini münasib yerlərdə dinc nümayişlər keçirməyə icazə verməyə, demokratiya və insan haqları sahəsində öhdəliklərinə hörmət etməyə çağırır. Bəyanatın sonunda deyilir: ?Biz bütün tərəflərlə dialoqa açığıq və Azərbaycan rəhbərliyinin bu sahədə cəhdlərini konstruktiv şəkildə dəstəkləməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA