Tovuzda partlayan təkər qaynaqçını öldürdü

img

19-04-2011 [12:02]


Tovuzda təkər sexində baş vermiş partlayış bir nəfərin ölümü, bir nəfərin yaralanmasına səbəb olub. Hadisə rayonun Qovlar qəsəbəsində daş bazarının yaxınlığında qeydə alınıb. Tovuz rayon Qovlar qəsəbə sakini Tanrıverdiyev Əkbər Mirzə oğluna məxsus təkər təmiri sexində qaynaqçı kimi işləyən Tanrıverdiyev Sənan Yusif oğlu Hüseynov Adilə məxsus ağır tonnajlı yük avtomobilinin təkər hissəsində qaynaq işləri apararkən qəfildən partlayış baş verib. Təzyiqdən təmir işləri aparılan obyektin tavan hissəsi uçub. Tovuz rayon Prokurorluğunun müstəntiqi Asif Allahverdiyevin ANS-ə verdiyi məlumata görə, qaynaqçı sifarişi yerinə yetirərkən texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi ücün təkər partlayıb. Nəticədə qaynaqçı yerindəcə kecinib. Sifarişçi Adil Hüseynov isə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yük avtomobilinin sürücüsünün xəsarətləri yüngül olduğundan ona müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Hazırda Tovuz rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162 .2 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA