Azərbaycan, iran və Türkiyə xarici izlər nazirlərinin görüzündə Bəyannamə qəbul edilib

img

17-04-2011 [01:50]


Aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçtərəfli görüşü keçirilib. İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutmuş görüş dostluq və səmimilik şəraitində keçib. Nazirlər qeyd ediblər ki, üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi onların qarşılıqlı razılıqları əsasında həyata keçirilir. Belə görüşlər əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, regionda sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verir. Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər. Doqquz bənddən ibarət Bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA