Hüsnü Mübarəki asa bilərlər

img

15-04-2011 [06:55]


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə qarşı irəli sürülmüş ittihamlar sübut olunarsa, o, ölümə məhkum edilə bilər. Misirin ?Əl Əhram? qəzeti Qahirə Apellyasiya Məhkəməsinin sədri Zəkəriyyə Şalaşaya istinadən məlumat yayıb. Z.Şalaşa bildirib ki, qəsdən adamöldürmə ittihamı təsdiqlənərsə, Mübarək edam edilə bilər. Hakim deyib ki, maliyyə pozuntuları ilə bağlı ittiham əsasında sabiq prezident ən yaxşı halda 3 il azadlıqdan məhrum ediləcək. O, istintaqın azı 1 il sürəcəyini söyləyib. Qeyd edək ki, H. Mübarək oğulları Əli və Camalla birlikdə aprelin 19-da Qahirə məhkəməsinə ifadə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA