Müəmmər Qəddafi geri çəkildi

img

13-04-2011 [01:04]


Liviya lideri Müəmmər Qəddafi atəşin dayandırılması və barışıq əldə edilməsi üçün qiyamçılara şərtlərini göndərib. O, 3 şərt göstərib. Məsələn, Qəddafi təmtəraqla yola salınmasını və bu zaman ona hansısa simvolik post verilməsini istəyir. Bundan əlavə, o, hakimiyyətin oğlu Seyf əl-İslama ötürülməsində də təkid edir. Qeyd edək ki, bundan əvvəl Afrika Birliyinin vasitəçilik niyyətinin uğursuzluğa düçar olduğu bildirilirdi. Çünki qiyamçılar Qəddafinin qeyri-şərtsiz istefasını və ailəsinin hakimiyyətdən tam kənarlaşdırılmasını tələb edirdilər. İndi isə onlar Seyf əl-İslamın namizədliyini qəbul etmək üzərində düşürlər. Çünki atasından fərqli olaraq onunla danışıqlar aparmaq daha asandır. Hələlik isə Liviyada ağır döyüşlər gedir. Qəddafinin qüvvələrim bir neçə şəhəri alaraq Misrata və Acdabiya şəhərlərinə yaxınlaşıb. Hazırda döyüşlər son vaxtlar bir neçə dəfə əldən ələ keçən Acdabiya şəhəri uğrunda gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA