ilham Əliyev Lukazenkoya bazsağlığı verib

img

12-04-2011 [06:15]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib. Başsağlığında deylir: "Hörmətli Aleksandr Qriqoryeviç, Minsk metropolitenində terror aktı nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıtmışdır. Biz terrorizmi onun bütün formalarında və təzahürlərində qətiyyətlə pisləyirik. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Belarus xalqına dərin hüznlə başsağlığı verirəm. Zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA