Sumqayıtda ər parkda həyat yoldazını ürəyindən bıçaqladı

img

12-04-2011 [12:48]


Ailə məişət münaqişəsi növbəti dəfə qətl hadisəsinə səbəb olub. Bədbəxt hadisə Sumqayıt şəhərində, 9-cu mikrorayon ərazisində yerləşən parkda baş verib. Sumqayıt şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Vahid qızı Nəsirova keçmiş həyat yoldaşı Taleh Əmirağa oğlu Hüseynov tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Yaxınları onu xəstəxanaya çatdırmaq istəsələr də, artıq çox gec olub. Çünki bıçaq xəsarətlərindən ən azı ikisi Gülnarənin ürəyinə dəyib və onu parçalayıb. Ən dəhşətlisi də budur ki, baş verənlərə Gülnarə Nəsirovanın 2 və 4 yaşlarında olan iki azyaşlı övladı da şahid olub. Əlini azyaşlı övladlarının anasının qanına bulayan ata Hüseynov isə hadisə yerindən qaçıb. Dünyasını dəyişən Gülnarə Nəsirovanın yaxınları onun əri ilə yollarını təxminən bir il əvvəl ayırdığını bildirblər. Buna isə Talehin tez-tez sərxoş halda evə gəlməsi və həyat yoldaşını, övladını döyməsi səbəb olub. Hətta bir neçə dəfə ciddi xəsarətlər alan Gülnarəyə xəstəxanada yardım göstərilib. Bütün bunları nəzərə alan Nəsirovlar ailəsi Taleh Hüseynov barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə bir neçə dəfə şikayət ərizəsi ilə müraciət də ediblər. Buna baxmayaraq onlar bölmənin əməkdaşlarının baş verənlərə biganə yanaşmasından gileylənirlər. Hadisədən sonra həmin əraziyə Sumqayıt şəhər Prokurorluğunun və ərazi üzrə 3-cü polis bölməsinin əməkdaşları da gəlib. Hadisə yerinin müayinəsindən sonra meyit müayinə üçün məhkəmə tibbi ekspertizasına aparılıb. İlkin müayinə zamanı Gülnarə Nəsirovanın bədənində ən azı 14 bıçaq xəsarəti aşkar olunub. Hadisədə şübhəli bilinən Taleh Hüseynov məsuliyyətdən yayınmaq istəsə də, polis onu tez bir zamanda ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA