Minsk metrosunda partlayız baz verib, ölənlər var

img

12-04-2011 [12:06]


Belarus paytaxtı Minskdə metroda partlayış olub, ölənlər və yaralananlar var. Hadisə aprelin 11-də, şəhərin mərkəzinə yaxın Oktyabrinskaya stansiyasnda baş verib. Metro stansiyası Prezident Aleksandr Lukaşenkanın İqamətgahının yaxınlığında yerləşir. AzadlıqRadiosunun Belarus xidmətinin müxbiri Valyantsina Aksak hadisə baş verən zaman metro stansiyasında idi. Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 6 radələrində, eskalatorun üstündə baş verib. ?Yuxarıdan nəsə qırıldı, partlayış baş verdi. Və yuxarıdan tavanın , metal konstruksiyaları yana-yana adamların üstünə töküldü. Eskalator dayandı. Insanlar yanmağa başladı?. Polis partlayış faktını təsdiqləyib, amma tələfat haqda məlumat verməyib. Belsat rəsmi xəbər agentliyi 7 nəfərin həlak olduğunu, 35-nin yaralandığını bildirib. Belarus prezidenti Lukaşenkanun olayla bağlı rəsmilərlə təcili müşavirə keçirəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA