Muammar Qaddafinin qüvvələri yenidən hücuma keçib

img

07-04-2011 [05:43]


Liviya rəhbəri Muammar Qaddafiyə məxsus qüvvələr üsyançıların əlində olan Misrata şəhərinə yenidən hücum ediblər. Misrata hökumət qüvvələrinin mühasirəsindədir. Brega ətrafındakı nef mədənlərinə yenidən nəzarəti ələ keçirən üsyançılar NATO-nun onlara yetərincə kömək etmədiyini iddia edir, hərbi alyans isə mülki əhalini qorumaq üçün imkanlardan istifadə etdiyini deyir. Bu arada Liviya hakimiyyəti Britaniya qırıcılarının neft mədənlərini bombaladığını bildirir. Britaniya isə bunu hələ ki şərh etməyib. Qaddafinin prezident Barak Obamaya məktub yazdığı və ondan "ədalətsiz müharibəyə" son verilməsinin istənildiyi bildirilir. ABŞ dövlət katibi Hillari Klinton isə Qaddafiyə istefa verməyi məsləhət görüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA