Ağsuda qardaz qardazı güllələdi

img

04-04-2011 [01:03]


Ağsu rayonunda ailə faciəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Padarqışlaq kənd sakini 21 yaşlı Radim Bəkirov kustar üsulla hazırlanmış, lüləsi kəsik ov tüfəngi ilə özündən bir yaş kiçik qardaşı Rahibi güllələyib. Rahib aldığı xəsarətlərdən ölüb. Hadisəyə ilkin səbəb kimi ov tüfəngi ilə ehtiyatsız davranma göstərilsə də, hadisənin necə baş verməsi araşdırılır. Hazırda Ağsu rayon Prokurorluğunun müstəntiqi Teymur Əsədov hadisə yerində dindirmə aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA