Xocalı soyqırımı 31 mart hadisələrinin davami kimi qiymətləndirilməlidir

img

31-03-2011 [03:42]


?Türk Xalqları Vətəndaş Cəmiyyəti Forumu?nda təmsil olunan təşkilatlar ? Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan QHT-ləri 31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktı ilə əlaqədar dünya ictimaiyyətinə bəyanat ünvanlanıblar. Bu barədə məlumat verən Forumun Bakı nümayəndəliyinin idarə heyətinin üzvü Vüsalə Hüseynli bildirib ki, dünya ictimaiyyətinə ünvanlanan bəyanatda ermənilərin Azərbaycan ərazilərində məskunlaşmasından sonrakı dövrlər ərzində bir neçə dəfə xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktı barədə ətraflı məlumat yer alıb: ? Biz TXVCF birləşən QHT-lər bu bəyanat vasitəsilə, Azərbaycana qarşı Ermənistanın təcavüzkar siyasətinin tarixi kökləri barədə dünya ictimaiyyətini məlumatlandırmaqla, Xocalı soyqırımının da 31 mart hadisələrinin davamı olduğunu vurğulamışıq. Eyni zamanda, ermənilərin məskunlaşaraq ?Ermənistan?dövləti adlandırdıqları ərazilərin də tarix boyu ancaq azərbaycanlılara məxsus olması faktını xatırladaraq, dünyanın bu faktı qəbul etmələrinə rəğmən, hələ də ikili standartlar çərçivəsindən çıxış edərək işğalçını öz adı ilə çağırmayanların vicdan problemi ilə üzləşdiklərini bildirmişik?. TXVCF idarə heyətinin üzvü bildirib ki, bəyanat dünya ölkələrinin parlamentlərinə və, Xarici İşlər Nazirliklərinə də göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA