38 milyonu mənimsəmiz bankir və yaxınlarının iz üzrə qərar elan olunacaq

img

28-03-2011 [07:31]


Ayrı - ayrı əmanətçilərin 38 milyon manatını dələduzluq yolu ilə mənimsəmiş ?Texnikabank? ASC-nin Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və oğlu İslam Yusifov da daxil olmaqla,14 nəfərin cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verilmiş apelllyasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı dəqiqləşib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA.az) Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və179.3.2-ci maddələri əmlakı müsadirə olunmaqla 15 il müddətinə həbs olunmuş Zal Zakir oğlu Yusifov, CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə 8 il həbsə məhkum olunmuş oğlu İslam Yusifov və CM-nin 32.5, 178.3.2 və 32.5, 179.3.2-ci maddələri cəzalandırılan qardaşı Camal Zakir oğlu Yusifov və digər yaxın qohumlarından (Behbudov Vüqar Nüsrət oğlu, Məmmədova Səmayə Hacan qızı, Əhmədov Rauf Vaqif oğlu, Hüseynov Ülvi Sərdar oğlu, Hüseynov Fəxri Müseyib oğlu, Sultanov İntiqam Bahəddin oğlu, Mürsəlov Məhəmməd Təmraz oğlu, Həsənov Elşən Həsən oğlu, Nəsirov Dağıstan Aslan oğlu, Həsənov Akif Mayıl oğlu, Zeynalov Mübariz İlyas oğlu və Qasımov Saleh Həmid oğlu) ibarət olan dəstənin işi üzrə verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxış təyin olunub: ?Hakim Mirpaşa Hüseynov martın 30-u, saat 15.00-da adıçəkilənlərin apellyasiya şikayəti üzrə necə qərar verəcəyini elan edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA