Gəncədə 22 yazlı hamilə qadın qətlə yetirildi

img

28-03-2011 [02:21]


Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hamilə qadın evində qətlə yetirilib. Qanlı hadisə martın 27-də törədilib. Şəhər sakini, 22 yaşlı Təranə Mədətova yaşadığı evdə çoxsaylı bıçaq zərbəsi ilə öldürülüb. Qətli törədən şəxs qadının üzərindəki qızıl-zinət əşyalarını götürərək evi tərk edib. Polis əməkdaşları qətli törətməkdə şübhəli bililnən 21 yaşlı Ramal Abdullayevi tutaraq istintaqa təhvil verib. Ramal Abdullayevin Gəncə Dəmiryol İdarəsində maşinist işlədiyi bildirilir. Gəncədəki hüquq-mühafizə orqanlarından verilən məlumata görə, onunla qətlə yetirilən qadının əri arasında qızıl alış-verişi ilə bağlı mübahisə olub. Belə ki, mərhumun ərinin Abdullayevə külli miqdarda qızıl borcu olub. Abdullayev də bu məqsədlə onun mənzilinə girərək qadını qətlə yetirib və mənzildəki qızıl-zinət əşyalarını oğurlayıb. T.Mədətova bir neçə ay əvvəl ailə həyatı qurub və ana olmağa hazırlaşırmış. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA