"Rusiyanı Yaxın Şərqin aqibəti gözləyir"

img

24-03-2011 [03:07]


Rusiya Yaxın Şərqdəki ölkələri xatırladan avtoritar rejimə bənzəyir və baş nazir Vladimr Putinin 2012-ci ildə keçiriləcək prezident seçikisində qalib gələcəyi təqdirdə bu ölkə həqiqətən avtoritar dövlətə çevriləcək. Amerikanın ?Freedom House? Araşdırma Mərkəzi bu qənaətdədir. Mərkəzin direktoru Kristofer Uoker deyib ki, daha 6 il və ya bir az da çox "putinizm" Rusiyanı Yaxın Şərqin bir çox ölkələri ilə eyni sıraya qoyacaq. 58 yaşlı Putin 2008-ci ildə postunu 45 yaşlı Dmitri Medvedevə təhvil verir. Və üçüncü dəfə prezident seçilmək üçün konstitusiyanın təyin etdiyi qanunu pozmur, baş nazir seçilərək hakimiyyəti əlində saxlayır. Beynəlxalq qeyri-hökumət təşkilatı ?Transparency International? agentliyinin 2010-cu ilə olan reytinqinə görə, Rusiya dünyanın ən korrupsiyalaşmış iqtisadiyyatına sahibdir ki, 178 ölkə arasında 154-cü sırada - Tacikistanla Kenya arasında qərarlaşıb. Uoker bildirib ki, Yaxın Şərq ölkələrinin avtoritar rejimləri xalqın demokratik islahatlar keçirmək tələbələrinə tabe olarkən, Rusiyada isə sistemli korrupsiya daha aydın şəkildə özünü biruzə verməyə başlayır. ?Freedom House? hesab edir ki, neftin qiymətinin artması da Putini Səudiyyə Ərəbistanın ssenarisi ilə hərəkət etməyə təhrik edəcək. Yəni Rusiya da bu ərəb ölkəsində olduğu kimi demokratik islahatların keçirilməsi tələblərinin qarşısını almaq üçün böyük miqdarda vəsaitlər ayırmalı olacaq. Amma mərkəz bu addımın daha da pis nəticələrə gətirib çıxaracağına əmindir. Rusiya da SSRİ-nin keçmiş respublikaları kimi eyni problemlərdən əziyyət çəkir: pis idarəetmə və siyasi hakimiyyətin insanların kiçik qruplarının əlində cəmləşməsi. Araşdırmaya görə, İqor Yurqens - Medvedevin müşaviri yanvar ayında deyib ki, Putin prezident kürsüsünə qayıtsa, Tunisdə olduğu kimi ölkədə etiraz dalğası qalxacaq. ?Freedom House? rusiyalı iş adamı, keçmiş milyarder və ?YUKOS? neft şirkətinin rəhbəri M.Xodorkovskinin 14 illik həbsini gündəmə gətirir. Mərkəzin araşdırmalarına görə, Xodorkovski dəfələrə deyib ki, onun həbs olunmasının səbəbi baş nazir Putinlə qarşıdurmalarının olması olub, baxmayaraq ki, Putin bu ittihamları inkar edir. Qeyd edək ki, Avropa Birliyi və ABŞ da M. Xodorkovskinin həbs qərarını kəskin ittiham edib. Bundan başqa, xarici şirkət və investorların risklərə məruz qalması ilə məşğul olan İngiltərənin ?Maplecroft? şirkəti 196 ölkə arasında araşdırma aparıb. Rusiya bu siyahının ilk onluğuna daxil olub. Araşdırma zamanı terrorçuluq, münaqişələr, qanuna riayət edilməsi, hüquq normalları kimi faktorlar nəzərə alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA