Liviyanın bəlası Qəddafi atəzkəs elan etdi

img

18-03-2011 [05:00]


Liviya lideri Müəmmar Qəddafi geri addım atıb. Bu bəyanatla Liviyanın xarici işlər naziri çıxış edib. O, ölkədə təcili atəşkəs çağırışı elan etdiklərini bildirib. Liviyadakı hərbi əməliyyatlar da dayandırılıb. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Liviya səmasında qadağan olunmuş uçuş zonası və mülki vətəndaşların müdafiəsi üçün bütün zəruri tədbirləri nəzərdə tutan 1973 saylı Qətnamə qəbul edib. Daha sonra NATO Liviyaya qarşı havadan beynəlxalq hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bəyanat vermişdi. Bir çox kütləvi informasiya vasitələri Liviyaya qarşı beynəlxalq hərbi əməliyyatların ən yaxın vaxtda başlaya biləcəyini xəbər verirdi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Danimarka və Norveç də Liviyaya qarşı planlaşdırılan əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlamışdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA