Bəhreyndə müxalifət liderləri tutulub

img

17-03-2011 [03:01]


Bəhreyndə təhlükəsizlik qüvvələri azı altı nəfəri aparıcı müxalifət liderini həbs ediblər. Martın 16-da hökumət qüvvələri sünnilərin hakimiyyətinə etiraz edən şiələrin Manamanın mərkəzi meydandakı düşərgəsini dağıdıb. Onlar tank və vertolyotlardan istifadə ediblər. Bu zaman iki etirazçı və iki polis əməkdaşı ölüb. Etirazçılar siyasi islahatlar tələbiylə bir neçə həftədir aksiyalar keçirirdilər. İran Bəhreyndə zorakılıq tətbiq olunmasını pisləyib. ABŞ isə narahatlığını bildirib və təmkinli olmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA