Azərbaycan rəsmisindən maraqlı açıqlama

img

16-03-2011 [12:10]


Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov ?CNN türk? kanalına müsahibəsində deyib ki, Ankara Sürix protokollarına imza atmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinə salıb. Diplomat bildirib ki, aprelin 24-dək və sonra Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyə dəyməz. O düşünür ki, 2009-cu ildə baş verən hadisələr bu məsələyə yardımçı olmayıb: ?Onlar bizi bir böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində də irəliləyiş əldə edilmədi?. Nazir müavini deyib ki, 24 apreldən sonra da tezliklə bir inkişaf olmayacaq: ?Əsas problem budur ki, biz Qarabağın Azərbaycana yenidən reinteqrasiyasını istəyirik. Ermənistanın bu vaxta qədər Qarabağın ayrılmasına yönəlmiş səyləri artmaqdadır. Bu cür vəziyyətdə heç bir nəticəyə gələ bilmərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA