FHN Şirvandakı zəlzələ ilə bağlı məlumat yayıb

img

15-03-2011 [12:48]


Fövqəladə Hallar Nazirliyi Şirvandakı zəlzələ ilə bağlı məlumat yayıb. Məlumata görə, 15 mart 2011-ci il tarixində saat 09:36-da Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 mart 2011-ci il tarixində Bakı vaxtı ilə saat 00:57-də Şirvan şəhərindən 33 km şimalda zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 3,0 bal təşkil edib. Zəlzələ Şirvan şəhərində episentrə yaxın ərazilərdə 2,5-2,0 bal gücündə hiss edilib. Dağıntı haqqında məlumat daxil olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA