Şəhidlər Xiyabanında intihar

img

14-03-2011 [03:14]


Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən günorta saatlarında Şəhidlər Xiyabanında baş verib. Şəki rayonu Çexov küçəsi, ev-16-da yaşayan 46 yaşlı Elxan Firidun oğlu Mütəllibov xiyaban ərazisində, şam ağacından özünü asaraq intihar edib. Əraziyə dərhal Prokurorluğun istintaq qrupu gələrək araşdırmaya başlayıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda AR CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA