Martın 25-də ABŞ Konqresində Qarabağ müzakirələri keçiriləcək

img

14-03-2011 [02:04]


Martın 25-də ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh danışıqları və Azərbaycanın münaqişəyə dair mövqeyi ətrafında müzakirələr keçiriləcək. Bu barədə APA-nın Vaşinqton müxbirinə Azərbaycan diasporunun nümayəndələri məlumat veriblər. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) ABŞ Konqresinin komitə iclasında Qarabağ məsələsi və Azərbaycanın ABŞ-dakı diasporuna həsr olunmuş treninq təşkil edəcək. Siyasi şərhçilər və rəsmilər sülh və sabitliyə maneə olan Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. İştirakçılar həmçinin erməni təbliğatında istifadə olunan əsas arqumentlər və texnikaya diqqət yetirəcək, daşnak təbliğatçıları ilə mübahisəyə imkan yaradacaqlar. USAN-ın treninqində təşkilatın təsisçisi və direktoru Adil Bağırov və Bədir Məmmədli ilə yanaşı bir neçə xüsusi çıxışçılar da iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA