Yaponiyada 7,9 bal gücündə zəlzələ baz verib

img

11-03-2011 [12:48]


Yaponiyanın şimal-şərq sahillərində Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. "The Associated Press" agentliyinin məlumatına görə, zəlzələnin episentri Miyaqi vilayəti yaxınlığında, Sakit okeanın 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib. Şəhər mərkəzində dağıntıların baş verdiyi bildirilir. Yokohama liman şəhərində də dağıntı və yanğın meydana gəlib. Burada xəsarət alanların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur. Yokohamada sunami sahil ərazilərdə çox sayda avtomobili yuyub aparıb. Regionda yeni sunami təhlükəsi elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA