Bakıda 200 göyərçini oğurlayan zəxs saxlanılıb

img

10-03-2011 [02:20]


Bakının Binəqədi rayonu ərazisində göyərçin oğurlayan şəxs tutulub. Binəqədi rayonu Polis İdarəsinə fevralın 28-də 200 quşun oğurlanması ilə bağlı ərizə daxil olub. Araşdırma zamanı məlum olub ki, bunu əvvəllər narkotik maddələri saxladığına görə 14 il həbsdə olan 45 yaşlı Rəhim Eynulla oğlu Xeyrullayev törədib. Axtarılan şəxsin tapılmasında zərərçəkənin də payı böyük olub. O, polislərlə birlikdə şübhəli şəxsin həyətinə baxarkən öz quşlarını tanıyıb. Binəqədi rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov bildirib ki, quş oğrusu 200 quşun təxminən 150-dən çoxunu bazarda dəyər-dəyməzinə satıb. Əldə etdiyi 200 manata yaxın pulu isə dərhal xərcləyib. Rəhim polisə verdiyi ifadəsində oğurluğa səbəb kimi zərərçəkənin ona pulsuz göyərçin verməməsini göstərib: ?Dedi quş verəcəm sənə, amma vermədi. Get-gələ saldı. Mən də oğurladım. Pulu da xərclədim dərdimə, sərimə?. Zərərçəkən polisdən dəymiş ziyanı ödəməklə onu azadlığa buraxmasını xahiş etsə də, artıq gecdir. Çünki Rəhimin törətdiyi əmələ AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA