ABŞ səfirindən hakimiyyətə xəbərdarlıq

img

09-03-2011 [12:55]


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və şəxsən səfir Metyu Brayza Bəxtiyar Hacıyevin Gəncədə martın 4-də saxlanılması, xüsusilə də onun təhqir olunması və hüquqi yardımdan məhrum edilməsi ilə bağlı məlumatları yaxından izləyir. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfirlik Azərbaycan hökumətini qanunun aliliyinə riayət etməyə, müvafiq prosesin aparılmasına və Azərbaycan qanunvericiliyi çərçivəsində ittiham edilən şəxs kimi cənab Hacıyevin hüquqi yardıma, lazım gəldikdə isə tibbi yardım daxil olmaqla bütün hüquqlarının təmin etməsinə çağırır. Hazırda səfirlik B.Hacıyevə qarşı qaldırılan iş və onun saxlanılması ilə bağlı məlumatları əldə etmək üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə əlaqə saxlayır. Səfirlikdən bildirilib ki, onlar bu yaxınlarda həbs edilən digər gənc fəalların işlərini də izləməyə davam edəcəklər .

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA