Bakıda maskalı zəxslər mağazaya silahlı basqın etdi

img

05-03-2011 [01:39]


Binqədi rayonunda mağazaya silahlı basqın olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saat 01.20 radələrində, Novxanı bağlar massivində qeydə alınıb. İki maska taxan naməlum şəxs orada "Murad" marketə girərək Sumqayıt şəhər sakini, 33 yaşlı Emin Babaş oğlu Turabova pnevmatik silahdan atəş açıb. Nəticədə dükan işlədən sahibkar sol qolundan yüngül yaralanıb. Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Basqınçılar mağazadan heçnə aparmayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA