Filip Qordon: "ABŞ Qarabağın nizamlanması məsələsində Rusiyaya inanır"

img

04-03-2011 [05:01]


ABŞ Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməklə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini tədricən ?öz nəzarəti altına? götürməsi fikri ilə razı deyil. ?Mediamax? agentliyinin verdiyi xəbərə görə, bu sözləri ABŞ dövlət katibi müavininin köməkçisi Filip Qordon bildirib. Məlumata görə, ABŞ rəsmisi bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçirilən ?Globsec? (Global Security) konfransı iştirakçılarının suallarını cavablandırarkən deyib. Filip Qordon əlavə edib ki, Rusiya coğrafi cəhətdən münaqişə tərəflərinə yaxın ərazidə yerləşir və onun üçün uzaq Vaşinqtondan fərqli olaraq Soçi, Moskva, Sankt-Peterburq və ya Həştərxanda görüşlər təşkil etmək çox asandır. Diplomat bildirib ki, Rusiya bu istiqamətdə şəffaf fəaliyyət göstərir və bütün görüşlərin təfərrüatları barədə ABŞ və Fransanı məlumatlandırır. Birləşmiş Ştatlar rəsmisinin sözlərinə görə, bu prosesdə həmsədrlər arasında bir-birinə inam var, çünki onlar ümumi maraqların müdafiəsi mövqeyindən çıxış edirlər. ?Bu maraqlar isə Avropada hərtərəfli təhlükəsizliyin təmin olunması zərurətindən ibarətdir?, - deyə Filip Qordon əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA