Hakimiyyətlə siyasi partiyaların dialoqu təxirə salınıb

img

03-03-2011 [03:02]


ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə martın 7-8-də keçirilməsi planlaşdırılan siyasi partiyalarla hökumət üzvlərinin müzakirəsi təxirə salınıb. ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən verilən məlumata görə, səbəb iştiraka dair bəzi problemlərin yaranmasıdır. Tədbirin yeni vaxtı yaxın günlərdə elan olunacaq. Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. Tədbirdə Prezident Administrasiyası, parlament və 18 siyasi partiyanın nümayəndəsi Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyi müzakirə edəcəklər. Məqsəd hökumətə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA