"Azərkimya" Dövlət Şirkətinə məxsus zavodda yanğın olub

img

03-03-2011 [02:51]


Sumqayıtda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə "Azərkimya" Dövlət Şirkətinə məxsus Etilen-Polietilen zavodunun sexlərindən birində qeydə alınıb. Polimer ayaqaltılar 200 kv.m sahədə yanıb. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb texnoloji prosesin pozulması olub. Təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA