Azərbaycan və Sloveniya arasında hərbi əməkdazlıq sazizi imzalanıb

img

02-03-2011 [03:57]


Azərbaycanda rəsmi səfərdə olan Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yelusiçin müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sloveniyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib. Məlumata görə, görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparan müdafiə naziri Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneəçilik törədən işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir. ?Bu zaman ərazilərini azad etmək üçün Azərbaycannın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək?, - deyə Səfər Əbiyev bildirib. Görüş zamanı nazirlər digər mühüm məsələlər haqda da fikirlərini bölüşüblər. Səfər zamanı ?Azərbaycan və Sloveniyanın müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş? imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA