Bakıda bir gündə üç mazın qaçırıldı

img

01-03-2011 [06:31]


Fevralın 28-də Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Atamoğlan Axundova məxsus ?Daewoo? markalı avtomaşın qaçırılıb. Xəzər Rayon Polis İdarəsi 2-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mustafa İsgəndərov tutulub. Elə həmin gün Səbail rayonu Gənclər meydanından Bakı şəhər sakini Elçin Mirzəliyevə məxsus ?AzSamand? markalı avtomaşın qaçırılıb. Səbail Rayon Polis İdarəsi 9-cu bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini Rüfət Quluzadəni yaxalayıblar. S.Ə.Şirvani küçəsində Bakı şəhər sakini Akif İsgəndərova məxsus ?Mercedes?dən oğurluğa cəhd göstərilib. Xətai Rayon Polis İdarəsi 34-cü bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Məmmədxan Səfərovu saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər üç faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA