Prezident ilham Əliyev Abdulla Gülə baz sağlığı verib

img

28-02-2011 [06:18]


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdulla Gülə keçmiş baş nazir Nəcməddin Ərbakanın vəfatı ilə əlaqədar baş sağlığı göndərib. Prezidentin mətbuat xidmətindən verilən xəbərə görə, başsağlığı məktubunda deyilir: ?Görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölkəmizdə böyük hörmət və nüfuza malik idi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA