Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüzlər keçirib

img

28-02-2011 [01:12]


Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, Argentina sənaye naziri Debora Giorgi ilə görüşən A.Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. D.Giorgi cari il ərzində Argentina iş adamlarının müşayiəti ilə Azərbaycana səfərinin planlaşdırıldığını bildirib. Səfər çərçivəsində A. Əliyevlə Argentinanın ən iri biznes strukturları olan Argentina Sənayeçilər İttifaqının prezidenti Miguel Asebedo və Buenos-Ayres Ticarət Birjasının prezidenti Adelma Gabbi arasında fərdi görüşlər keçirilib və Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının genişləndirilməsinə bu strukturların cəlb olunması imkanları müzakirə olunub. A. Əliyev həmçinin, Latın Amerikasının ən iri kitabxanalarından biri Argentina Respublikası Milli Kitabxanasının direktoru Orasio Qonzales ilə görüşərək kitabxanaya Dövlət Gömrük Komitəsi tərəfindən nəşr olunmuş ?Azərbaycan gömrüyü mədəni irsin keşiyində?, ?Azərbaycan gömrüyü tarixi təsviri sənətdə?, ?Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik?, ?Azərbaycan gömrük muzeyləri? adlı kitabları təqdim edib. Habelə, səfər çərçivəsində Latın Amerikasının ən nüfuzlu incəsənət muzeylərindən olan Argentina Milli İncəsənət Muzeyinin direktoru Maria İnes ilə görüşərək muzeyə Qarabağ və Şirvan xalçaçılıq məktəblərində toxunmuş xalçaları hədiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA