Azərbaycan səfirinin Meksika və Kosta Rika qəzetlərində məqaləsi dərc edilib

img

27-02-2011 [05:19]


Meksika və Kosta Rikada nəşr edilən nüfuzlu mətbuat orqanlarında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Səfir İ.Muxtarovun məqalələri dərc edilmişdir. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin Mətbuat Xidmətinin MİA-ya verdiyi məlumata görə, 2011-ci ilin fevral ayının 25-də Kosta Rikada dərc olunan ?La Nación? qəzetində, fevral ayının 26-da isə Meksikada dərc edilən ?Milenio? qəzetində ?Xocalı: bir şəhərciyin sonuncu günü? adlı məqalə dərc edilmişdir. Məqalədə, Xocalı faciəsinin təfərrüatları və erməni işğalçıları tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrindən bəhs edilmiş, habelə beynəlxalq mətbuatın və İnsan Hüquqları institutlarının Xocalı qətliamı haqda yaydığı məlumatlara istinad edilmişdir. Həmçinin, Xocalı soyqırımına görə məhsuliyət daşıyan şəxslərin cəzalandırılmayacağı təqdirdə, bu kimi oxşar soyqırımların gələckdə də baş verə bilməsi və bu səbəbdən də ?bütün dünyada yaşayan Azərbaycan icmaları beynəlxalq ictimaiyyəti insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırır? və Azərbaycanda qaçqın şəhərciklərində bir milyon qaçqın və məcburi köçkünlər arasında səpələnmiş Xocalı sakinlərinin Ermənistanı məhsuliyyətə cəlb etmək məqsədi ilə hər il beynəlxalq ictimaiyyətə müraciətlərin olunduğu bildirilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA