Obama Qəddafiyə qarzı sanksiyaları imzalayıb

img

26-02-2011 [05:08]


Birləşmiş Ştatlar Liviyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib. ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir ki, sanksiyalar Müəmmər Qəddafi rejiminə qarşı yönəlib, xalqa qarşı yox. Qəddafinin və onun ətrafının bank hesabları dondurulacaq, Liviya hakimiyyəti ilə bank əməliyyatlarına və bu ölkəyə hərbi təyinatlı məhsulların satışına qadağa qoyulacaq. NATO-nun Baş katibi Anders Foq Rasmussen isə deyib ki, onlar Liviyadakı vəziyyəti diqqətlə izləyir. Amma o, hərbi müdaxiləni istisna edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA