Bakıda yetkinlik yazına çatmayan qızı zorlayıblar

img

26-02-2011 [12:13]


Yetkinlik yaşına çatmayan qızı zorlayan iki nəfər Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bu barədə ANS-ə Xətai rayon Polis İdarəsi tərəfindən məlumat verilib. Məlumata görə, Sadiq Rəsulov və Babamir Teymurov Sevinc Rzayeva adlı yetkinlik yaşına çatmayan qızı fevralın 8-dən 19-dək Xətai rayonu UPD adlı ərazidəki mənzildə saxlayaraq onunla qeyri-ənənəvi cinsi əlaqədə olub. Polis müstəntiqi Vüsal Şahbazovun sözlərinə görə, fevralın 8-də Sevinc Rzayeva hava almaq məqsədilə Nəsimi rayonu 2-ci mikrorayon qəsəbəsindəki mənzilindən çıxıb. Bir qədər sonra Bakı metrosunun ?28 may? stansiyası yaxınlığında Seyid adlı şəxsin idarə etdiyi taksiyə əyləşir. Sürücüyə qalmağa yerinin olmadığını deyən qızı Seyid tanışı Xalid Kərimova əmanət edir. Ondan Sevincə bir gecəlik sığınacaq verməsini xahiş edir. Xalid isə öz növbəsində bunu Sadiq Rəsulovdan və Babamir Teymurovdan xahiş edir. Yetkinlik yaşına çatmayan qızı Xətai rayonundakı mənzillərinə gətirən Sadiqlə Babamir burada onu qeyri-ənənəvi yolla cinsi əlaqədə olmağa məcbur edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA