Tahir Abbaslı: ?iran Qarabağın azad olmasına maneçilik törədir?

img

24-02-2011 [02:36]


AİDP sədri hacı Tahir Abbaslı Qarabağla bağlı açıqlama verib. T.Abbaslı Qarabağ münaqişəsinin həllində xarici qüvvələrin rolundan danışarkən deyib ki, bu işdə maraqlı ölkələrin birincisi qoşumuz İrandır. Onun fikrincə, İran bölgəni dağınıq görmək istəyir: ?Açıq demək lazımdır, İran Qarabağın azad olmasına maneçilik törədir. Bu ölkənin hakimiyyətinin Sarkisyan hökuməti ilə işbirliyi, qucaqlaşmalar, öpüşmələr, konkret yardımlar va elə bununla bağlıdır?. AİDP sədri hesab edir ki, İran üç məqamı daim diqqətə saxlayır; - Güney Azərbaycanı əsarətdə saxlamaq. - Azərbaycan respublikasının daxili problemlərlə məşğul etmək. - Bölgədə güclü qüdrət sahibi olmaq. T.Abbaslı deyir ki, Qarabağın azad olunmamasında digər maraqlı ölkə Rusiyadır: ?Bu ölkə hətta İrandan artıq bu məsələnin ədalətli həllinə Mane olur. Fikir verin, Rusya hər vəchlə bu məsələdə ?ağsaqqallıq? rolunu əldən vermək istəmir. Rusiya bu məsələni əlində kozır kimi saxlayır və tutduğu mövqedən razıdır. Bu mövqeyi əldən verməmək üçün əlindən gələni əsirgəmir. Bir sözlə Rusya Qarabağın əsarətdə qalmasına hər vasitə ilə yardım edir?. AİDP sədri zesab edir ki, bu məsələdə üç dövlət İran, Rusiya və Ermənistan şər üçbucağı yaradıblar və Qarabağın azad olunmaması üçün işbirliyindədirlər: ?Ermənilər Güney Azərbaycan məsələsində də İranla iş birliyi qurublar. Onlar güneyin müstəqil olmasına müxalifdirlər və İranın daxilində bu məsələ ilə bağlı işlər də aparırlar. Ermənilərlə İranın kəşfiyyatı hər an güney Azərbaycan mübarizlərini nəzarətdə saxlayırlar. Güney Azərbaycanın taleyi Qarabağın, Qarabağın taleyi də Güney Azərbaycanın taleyinə bağlıdır. Bunu düşmənlarımız bizdən yaxşı bilir. Rəhmətlik Elçibəy də demişdi ki, ?Qarabağa yol Güney Azərbaycandan keçir?. T.Abbaslı bildirib ki, bütün bu məqamları nəzərə alaraq hərbi və iqtisadi hazırlığı daha da gücləndirmək lazımdır: ?Bunun üçün də ilk növbədə milli şüurlarda qələbə qazanmalıyıq. Əgər biz müharibə şəraitində olan ölkəyiksə telekanallar müğənnilərdən öncə əsgərləri və qəhrəmanlarımızı göstərməlidirlər. Çox təssüf ki, indii telekanallarda müğənnilərimizin həyat tərzi önə çəkilir. Amma milli şüur sahiblərinin düşüncəsi gündəmə gtirilmir?. AİDP sədri deyib ki, Qarabağın geri qaytarılması üçün silahdan, hərbi gücdən öncə millətin inamı bərpa olunmalıdır: ?Bütün sahələrdə millətin hakimiyyətinə yer verməliyik. Millətin hakimiyyətinə inansaq, onun milli şüuruna ehtiram etsək Qarabağ problemi çox tez zamanda həll olunacaq. Mən islamçı-demokrat olaraq Qarabağın geri qaytarılması istiqamətində dini inamın da vacib şərt olduğunu vacib sayıram. Çünki dini dəyərlər vətənpərvər ideyalara istiqamət verir?. T.Abbaslı onu da deyib ki, birinci Qarabağ savaşının nəəticələrindən ibrət dərsi almalıyıq: ?O dövrün acı təcrubələrindən ibrət alaraq yeni dövrümüzün təməlini qurmalıyıq. Biz müdafiə dövründən müharibə dövrünə keçməliyik. Bunun üçün də ilk növbədə milli şüurun güclənməsinə önəm vermək, dini inamı qüvvətləndirmək və cəmiyyəti bu iki istiqamətlə silahlandırmaq lazımdır?. AİDP çədri deyib ki, müharibəyə əl atası olsaq öncə daxili problemləri həll etməliyik: ?Müxalifət və iqtidar ?müharibə istəyiriksə ortaq nəzərləri dəstəkləməliyik? düşüncəsinə sahib olmalıdır. Dağlıq Qarabağın talehi bizim bu günkü davranışımızdan asılıdır. Siyasi davranışımız çox incə və dərin olmalıdır. Bir fikri də deməliyəm ki, bu proseslərin önündə gənclər olmalıdır. Bu səbəbdən mənim əsas sözüm onlaradır. Gəncliyimizi qorumaq, düşüncələrini gücləndirmək və onları vahid bir hərəkətə qovuşdurmaq ən mühüm işlərdəndir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA