Ədliyyə Nazirliyi 27 bələdiyyə barədə prokurorluğa müraciət edib

img

18-02-2011 [01:42]


Ədliyyə Nazirliyi 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar prokurorluğa materiallar göndərib. 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə isə məhkəmələr qarşısında məsələ qaldırılıb. Nazirliyin 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclasında bu haqda məlumat verilib. İclasda qeyd olunub ki, bələdiyyələrin işi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq araşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA