Narkotik satan polisə silahlı müqavimət göstərib

img

15-02-2011 [03:35]


Azərbaycanın Biləsuvar rayonunda silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 13-də qeydə alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayev 1 kiloqram həşişi satarkən ona yaxınlaşan polis əməkdaşı istiqamətində tapançadan atəş açıb, hadisə zamanı xəsarət alan olmayıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayev zərərsizləşdirilərək tutulub. Ondan 1 ədəd nömrəsi silinmiş ?Makarov? markalı tapança və 25 kiloqram 220 qram həşiş götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA