Penitensiar Xidmətin rəisi izdən çıxarıldı

img

15-02-2011 [11:06]


Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərovun işdən çıxarılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən N.Ələkbərovun işdən çıxarılması ilə bağlı bu gün ərzində rəsmi məlumat yayılacağı bildirilib və əlavə şərh verilməyib. Nazim Ələkbərov 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Texniki Universitetini mühəndis, 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. O, 1990-cı ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, 1999-2001-ci illərdə 1 saylı Xüsusi müəssisənin rəis müavini, 2001-2004-cü illərdə 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Nazim Ələkbərov 2004-cü ilin may ayında Baş idarənin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib və 2005-ci ilin yanvar ayından Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib. 2006-cı ilin aprel ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilib. O, ədliyyə general-mayoru xüsusi rütbəsindədir, fəaliyyətində dəfələrlə mükafatlandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA