üzüdü, sobanı yatağına yaxın yandırdı, yanaraq öldü

img

14-02-2011 [06:05]


Fevralın 12-də Samux rayonunda bədbəxt hadisə baş verib. Rayon polis Şöbəsindən verilən məlumata görə, Ziyadlı kənd sakini, 1956-cı il təvəllüdlü Xaliq Bağırov öz evində yanaraq ölüb. Belə ki, tək yaşayan 55 yaşlı kişi ev soyuq olduğundan elektrik sobasını çarpayısının yaxınlığına qoyub və yuxuya gedib. Bir qədər keçdikdən sonra onun üzərindəki yorğan sürüşərək sobanın üstünə düşüb və alovlanıb. Qısa müddətdə X.Bağırovun bədəninin müəyyən hissəsi yanıb. Ağrıdan yuxudan ayılan X.Bağırov özünü itirib və yana-yana yenidən sobanın üstünə yıxılıb. Hadisə yerinə yetişən qonşular evi söndürsələr də, ev sahibinin həyatını xilas edə bilməyiblər. Belə ki, 55 yaşlı kişi xəstəxanada ölüb. lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA