istintaq Təcridxanasında intihar...

img

14-02-2011 [03:54]


Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə yanvarın 13-də qeydə alınıb. İstintaq Təcridxanasında saxlanılan Şəmkir rayon sakini 1978-ci il təvəllüdlü İbrahimov Çərkəz Süleyman oğlu özünü sintetik kəndirlə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ç.İbrahimov ötən il dekabrın 1-də Şəmkir rayonun Dəllər Cəyir kəndində kiçik qardaşı Elsevəri öldürdüyünə görə həbs edilib. O, özündən 4 yaş kiçik qardaşını ürək nahiyəsindən vurduğu bıçaq zərbəsi ilə öldürüb. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA