israilin Bakıdakı səfirliyi bağlandı

img

14-02-2011 [03:08]


İsrailin Azərbaycandakı səfirliyi bağlanıb. ANS PRESS-in məlumatına görə, səfirliyin əlaqə telefonuna zəng edən zaman avtocavablayıcı bildirir ki, hazırda İsrail səfirliyi bağlanıb. Telefon xidməti təcili hallarda zəng etmək üçün "0557755015" nömrəli mobil telefon nömrəsi səsləndirir. Lakin bir neçə dəfə zəng etsək də bu nömrəyə zəng çatmadı. Səfirliyin hansı səbəbən bağlı olması açıqlanmayıb. Öz növbəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon Lotem "1news"a açıqlamasında səfirliyin bağlanmasını təsdiqləyib. Onun sözlərinə görə, səfirliyin bağlanması texniki xarakter daşıyır. Qeyd edək ki, bir neçə gün öncə İsrailin Dövlət Terrorla Mübarizə Bürosu yaxın günlərdə bir sıra ölkələrdə israillilərə qarşı yüksək hücum ehtimalının olması ilə bağlı xəbərdarlıq elan etmişdi. Xəbərdarlıq ?Hizbullah? lideri İmad Muğninin zərərsizləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar idi. Terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunur ki, yaxın həftələr ərzində israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: ?Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fildişi Sahili, Mali və Mavritaniya?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA